Ukraynada 1200 girov azad edildi

Bu barədə Ukrayna prezidenti Petr Poroşenko açıqlama verib

Ukraynada atəşkəs elan olunandan sonra separatçılar 1200 əsiri azad edib. Bu barədə ölkəsinin şərqinə səfər edən Ukrayna prezidenti Petr Poroşenko məlumat verib. Ölkə başçısı əsirlərin mübadiləsinin davam edəcəyini deyib.

“Biz 1200 girovu azad etməyi bacardıq. Əsirlərin geri alınması davam edəcək”. Ukrayna prezidenti Mariupolda bir sıra sənaye müəssisələrinə baş çəkib və vətəndaşlarla görüşüb.