Türkiyə müdafiə naziri Bakıya gəlir

İsmət Yılmaz ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq

Türkiyənin müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-da Bakıya gələcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Türkiyənin müdafiə naziri Bakıda sentyabrın 11-də işə başlayacaq ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq.

Nümayəndə heyətində Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı Müdafiə Sənayesi Katibliyinin (SSM) rəhbəri İsmail Dəmir və bu qurumun əməkdaşları da təmsil olunacaqlar.