Tikinti bazarında yanğın

Dərnəgüldəki yanğın 100-150 kvadratmetr sahəni əhatə edib

Bakıda tikinti bazarı yanıb. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Dərnəgül şosesində yerləşən tikinti bazarındakı mağazalarında qeydə alınıb. ANS TV-nin məlumatına görə, yanğın bazardakı obyektlədən birini tam, qonşuluqdakı mağazanı isə qismən əhatə edib. Yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon şöbəsinin 4 avtomobili və əməkdaşları cəlb edilib.

Yanğın təxminən 100-150 kvadratmetr sahəni əhatə edib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətrafdakı mağazalara keçməsinin qarşısı alınıb. Yanğının baş verməsinin səbəbləri isə hələ bəlli deyil. Yanan mağazanı Bahəddin Şirəliyev adlı şəxsin icarə götürdüyü bildirilir. Yanğın nəticəsində mağazaya dəymiş ziyan dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.