Ukrayna prezidenti Petr Poroşenko NATO ölkələri ilə birbaşa silah təchizatı barədə razılığa gəldiyini bildirib. Ukrayna mətbuaatının məlumatınaa görə, bu barədə prezidentinin rəsmi saytında deyilir.
“Bir sıra NATO ölkələri ilə müasir silah-sursat təchizatı barədə razılıq əldə etmək mümkün olub. Özümüzə güvənsək də , maliyyə və hərbi yardım bizim üçün çox əhəmiyyətlidir. Və biz bu yardımı alacayıq”, – məlumatda qeyd edilir.
Bir qədər əvvəl Ukrayna prezidentinin müşaviri Yuri Lutsenko Facebook səhifəsində qeyd edib ki, NATO-nun Uels sammitində ABŞ, Fransa, Polşa, Norveç və İtaliyadan müasir silahların alınmasına dair razılıq əldə edilib.
azadliq.info


