Bəxtiyar Məmmədov Şahin Sultanovla bağlı ilginc faktlar açıqladı
Inamla Hüquq MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədovun “Azadlıq” qəzetinin 26 avqust 2014-cü il tarixli sayında dərc olunmuş məktubuna cavab verib.
Bəxtiyar Məmmədov “Azadlıq”a göndərdiyi cavab məktubunda bildirir ki, Şahin Sultanovun hərbi prokuror Xanlar Vəliyevin sifarişi əsasında qondarma ittihamlarla həbs olunması barədə vəkilin iddiaları əsassızdır. Hüquq müdafiəçisi daha sonra Şahin Sultanovla bağlı faktları sadalayır:
“Şahin Sultanov HDQ-yə məxsus gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə yanacaq, sürtkü yağları, gəmilərə məxsus qiymətli aparatların eləcə də, qiymətli rəngli metalların daşınaraq Türkmənistan və Qazaxıstan dövlətlərinə keçirməklə külli miqdarda dövlət əmlakını mənimsəyi.
Bundan başqa, o, SSRI dövründən 2012-ci ilə qədər istismar müddətləri keçmiş bütün gəmiləri doğradaraq “kod 555″ ləqəbli Elxan Hacıyev vasitəsilə Bakı şəhərində yerləşən müxtəlif dəmir qəbul edən şirkətlərə satmaqla külli miqdarda dövlət əmlakını mənimsəyib.
Şahin Sultanov Abşeron yarımadasında yerləşən HDQ-yə məxsus istirahət mərkəzinin fəaliyyətini heç bir əsas və səbəb olmadan dayandırıb və Elxan Hacıyev vasitəsilə həmin müəssisənin binalarının altlarındakı torpaq sahələrinin özünküləşdirib. Və həmin ərazidə taladıqları dövlət pulu ilə özlərinə villalar tikdiriblər. Həmin villaların tikintisində isə HDQ-nin əsgər və motroslarının əməyindən istifadə olunub.
Bundan başqa, o, HDQ-yə məxsus Bayıl qəsəbəsində yerləşən qonaqların qəbulu müəssisəsini qeyri rəsmi olaraq BP şirkətinə və Bayıl qəsəbəsində yerləşən HDQ-nin tarix muzeyini özəl göz klinikalarından birinə kirayə verməklə külli miqdarda gəlir əldə edib.
Şahin Sultanov öz doğma əmisi oğlu olan, HDQ-də manqa komandiri işləyən Elçin Sultanov vasitəsilə gizli yolla dəyəri 100 min manatlarla ölçülən ərzağı oğurlayaraq Bakı şəhərində yerləşən müxtəlif marketlərə paylamaqla külli miqdarda dövlət əmlakını mənimsəyib.
O, Elxan Hacıyev vasitəsilə saxta MMC-lər açmaqla və saxta sənədləşdirmə aparmaqla pul köçürmələri yolu ilə 100 min manatlarla dövlət əmlakını mənimsəyib.
Bundan başqa, Şahin Sultanov dəfələrlə HDQ-nin sabiq rabitə rəisi Natiq Əsgərovu və sabiq MTT rəisi Cabbar Qəmbərovu komissiya üzvü təyin edərək saxta aktlar tərtib etməklə külli miqdarda dövlət əmlakınıələ keçirib.
Şahin Sultanov HDQ-yə aid binaların söküntüsündə əldə etdiyi 100 min manatlarla dəyəri olan tikinti materiallarını yalandan sənədləşdirmək yolu ilə guya müxtəlif şirkətlərdən yenidən alınmış material kimi aktlar tərtib etməklə dövlət əmlakını külli miqdarda mənimsəyib.
Bundan başqa, o, HDQ-yə məxsus Bayıl qəsəbəsində yerləşən uşaq bağçasının təmiri ilə əlaqədar saxta aktlar tərtib etmək yolu ilə dövlət əmlakını mənimsəməklə yanaşı bağçanın bir hissəsini özününküləşdirib.
Şahin Sultanovun yarıtmaz rəhbərliyindən irəli gələrək HDQ-nin tibb hissəsinin rəisi Musa Musayev əxlaqsız hərəkətlərə yol verərək zabit şərəfinə ləkə gətirib.
Bundan başqa, Şahin Sultanov saxta aktlar tərtib etməklə 8000 metr kabel və 16.000 lampa almaq adı ilə dövlət əmlakını mənimsəyib.
Yuxarıda qeyd etdiyim bütün cinayət faktları aparılan cinayət işi üzrə istintaq zamanı öz sübutunu və təsdiqini tapıb.
Əlavə olaraq bildirirəm ki, istintaq sirri olduğundan Şahin Sultanovun və onun təşkilatçılıq etdiyi dəstə üzvlərinin digər törətdikləri cinayət əməllərini hələlik ictimailəşdirmirəm”.