Amerikanın Səsinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycanı tərk etməsinə icazə verilməyən ABŞ vətəndaşı Səid Nurinin məsələsi ilə bağlı bəyanat verib. Psaki Bakıdakı ABŞ səfirliyi və Dövlət Departamenti rəsmilərinin həm Bakıda, həm də Vaşinqtonda Azərbaycan rəsmiləri qarşısında məsələ qaldırdıqlarını bildirib.
“Bizim başa düşdüyümüz budur ki, Baş Prokurorlıuq Səid Nuriyə ölkədən çıxmağa imkan verməyib. Biz Azərbaycan rəsmilərini cənab Nuriyə tam izahat verməyə çağırır və situasiyanı yaxından izləyirik” deyə Departametnin sözçüsü bildirib.
Jen Psaki hazırda ABŞ konsulluq idarəsinin Səid Nuriyə müntəzəm xidmət göstərdiyini deyib, və qeyd edib ki, Konsul ölkədən çıxışına qadağa qoyulan Nuri ilə sentyabrın 5-də görüşüb.