Dalay Lama Putini tənqid etdi

Daily Telegraph  qəzeti yazır ki,  Dalay Lama Vladimir Putini kəskin tənqid edib. O deyib ki, Putin özünə qapanıb, elə “Mən, Mən, Mən deyir”.  Almaniyanın Welt am Sonntag qəzetinə müsahibə verən Dalay Lama deyir ki, “Putin belə görünür ki, Berlin divarını yenidən tikmək istəyir”.

Dalay Lamanın fikrincə, təcrid olunma Rusiya üçün intihardır. Daily Telegraph yazır ki. Dalay Lamanın Rusiya və Çini müqayisə edərək üstünlüyü Çinə verməsi  isə gözlənilməz olub. Çünki Çin Tibeti 1950-ci ildə tutub,   o vaxtdan Dalay Lama sürgün həyatı yaşayır.

Dalay Lama deyir ki, Çin dünya siyasi sisteminin bir hissəsi olmaq istəyir və dünyadakı qaydaları uzun müddətə qəbul etməyə hazırdır. Müasir dünyanın dəstəyi ilə Çin demokratik ölkəyə çevrilir. Dalay Lama  bildirir ki, o, bunları Putin və Rusiya haqda deyə bilməz.