Pentaqon şefi Tiflisdə mühüm mesajlar verdi FOTO

Putinin Ukraynaya təcavüzü ABŞ və Gürcüstanı hərbi əməkdaşlığı gücləndirməkdə qətiyyətli edir

ABŞ-ın müdafiə naziri Çak Heygel Tiflisdə səfərdədir. O, gürcü həmkarı İrakli Alasaniya ilə görüşüb. Nazirlərin görüşündə iki ölkənin gələcək hərbi əməkdaşlığı məsələləri razılşadırılıb.

Heygel bildirib ki, ABŞ bu günə qədər Gürcüstanla hərbi əməkdaşlıq edib və bundan sonra da əməkdaşlığa davam edəcək.

“Həmkarımla birlikdə ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlıq məsələlərini, gələcək planları müzakirə etdik. Bizim əməkdaşlığımız çox vacibdir və bunu inkişaf etdirməliyik. Putinin Ukraynaya təcavüzü ABŞ və Gürcüstanı hərbi əməkdaşlığı gücləndirməkdə qətiyyətli edir”, – deyə Heygel bildirib. 

Nazir NATO-nun Uelsdəki sammitini Gürcüstanın NATO-ya qoşulmaq səylərinin əsası adlandırıb.

Heygel qeyd edib ki, ABŞ Krımın anneksiyasını, eləcə də Rusiyanın Gürcüstanın beynəlxalq aləmdə tanınan sərhədləri daxilində – Abxaziyada və Cənubi Osetiyada hərəkətlərini tanımır.

Gürcüstanın müdafiə naziri Alasania bildirib ki,  Gürcüstan ABŞ-ın strateji tərəfdaşı və etibarlı müttəfiqidir.