
Həbsdə olan AXCP üzvü, «Azərbaycan saatı» verilişinin aparıcısı Seymur Həzinin döydüyü iddia edilən şəxs də saxlanıb. Bu barədə Abşeron rayon Prokurorluğunun sentyabrın 6-da yaydığı məlumatda deyilir.
Məlumata əsasən, istintaq zamanı Məhərrəm Həsənov adlı Bakı sakininin də Seymur Həziyə qarşı zorakılıq etməsi ilə bağlı şübhələr ortaya çıxıb. Seymur Həzi ilə mübahisə zamanı Məhərrəm Həsənov ona yumruqla zərbələr endirib və nəticədə Seymur bədən xəsarətləri alıb.
Məhərrəm Həsənov Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.


