ABŞ müdafiə naziri Gürcüstana gəlir

Müdafiə naziri Chuck Hagel sentyabrın 6-da Gürcüstana gedir.

NATO-nun Böyük Britaniyada keçirilən sammitindən sonra Hagel Tbilisiyə yollanır.

Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, Hagel ölkə rəsmiləri ilə İŞİD-ə qarşı mübarizədə onların verə biləcəkləri köməyi müzakirə edəcək.

Gürcüstan müdafiə naziri Irakli Alasania «Reuters»ə bildirib ki, Hagel-in səfəri ABŞ-ın Gürcüstana dəstəyini nümayiş etdirir.

Alasania həm də bu səfərin ABŞ-la müdafiə sahəsində əlaqələrin dərinləşəcəyinə səbəb olacağını gözləyir.

Gürcüstan Moskvanın qəti əleyhinə baxmayaraq, hərbi alyansa qoşulacağına inanır.