Xameneyi İŞİD-ə qarşı ABŞ-la müttəfiqliyə “hə” dedi

İranın Ali dini rəhbəri şimali İraqda İslam Dövlətinə (İŞİD) qarşı mübarizədə ABŞ ilə əməkdaşlığa icazə verib. Bunu BBC-nin farsca xidmətinə Tehrandakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, Ayətullah Xameneyi ən yüksək rütbəli komandirinə hərbi əməliyyatları ABŞ, İraq və kürd qüvvələri ilə koordinasiya etmək səlahiyyəti verib.
İran, şiələri kafir hesab edən İŞİD-ə ciddi təhlükə kimi baxır.
İraqın müttəfiqi olan İran bundan əvvəl ABŞ-ın İraqdakı əməliyyatlarına qarşı olub. Amma ötən ay ABŞ-ın havadan hücumları sayəsində İranın dəstəklədiyi şiə silahlıları və kürd qüvvələri İŞİD-in Əmirli qəsəbəsinə iki aylıq mühasirəsini yarıb.