Bu gün günün ikinci yarısında prokurorluq işçiləri Amerikanın İREX təşkilatının ofisinə gəliblər. Onlar məhkəmə qərarı göstərərək, avadanlıqları – bütün elektron daşıyıcıları, habelə bu QHR-nin sənədlərini müsadirə etməyə başlayıblar.
Məlumatlı mənbələrdən Turan-a daxil olan məlumata görə, Prokurorluq işçiləri cümə günü saat 11.00-da ofisə gəliblər, saat 17.00-da sənədlərin müsadirəsi davam edirdi.
İREX-dən şərh almaq mümkün olmayıb, təşkilatın telefonları cavab vermir.
Baş Prokurorluğun mətbuat xidmətindən də şərh almaq mümkün olmayıb.