Prokurorluq Rusiya mətbuatını təkzib etdi

Bir müddət əvvəl Ukrayna prezidentliyinə keçmiş namizəd, Radikal Partiyanın lideri, deputat Oleq Lyaşkonu və keçmiş prezident Viktor Yanukoviçin administrasiyasının rəhbəri Sergey Levoçkini uşaqbazlıqda (pedofiliya) ittiham edildiyinə dair məlumtat yayılmışdı. Məlumatda deyilirdi ki, Ucar Rayon Prokurorluğu Ukrayna vətəndaşı Oleq Lyaşkoya qarşı pedofiliya ittihamı ilə istintaq aparır. 

Bu günlərdə Rusiya mətbuatında yenidən Oleq Lyaşko ilə bağlı bu məlumat yenidən gündəmə gəlib. Rusiya «Novoross. info» saytı ukraynalı deputat barəsində Azərbaycanda cinayət işinin açıldığını yazır.

Məsələ ilə bağlı münasibət bildirən Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ukraynalı deputat barəsində cinayət işinin açılması xəbərini təkzib etdi. «“Foxtime.ru” agentliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələbləri kobud surətdə pozularaq konkret mənbəyə istinad edilmədən və heç bir real faktlara əsaslanmadan sensasiya naminə yayılan  həmin məlumatlar  Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib edilmişdir.

Bu barədə təkzib verilməsi agentliyin rəhbərliyindən tələb edilmişdir».

azadlıq.info