Aleksandr Litvinenkonuun ölümü ilə bağlı məhkəmə dinləmələri gələn ilin yanvar ayının 27-ə təyin edilib. Sentyabrın 5-də keçirilən məhkəmə prosesi prosedur məsələlərə həsr edilib.
Rusiya hakimiyyətini və Putini sərt tənqid edən Aleksandr Litvinenko 2006-cı ilin noyabr ayında Londonda radiaktiv poloniumdan zəhərlənmə nəticəsində dünyasını dəyişib.
London polisi onun ölümündə əsas şübhəli kimi Rusiya Dumasının deputatı Andrey Luqovoy və iş adamı Dmitri Kovtunun olduğunu açıqlayıb. Hər iki şəxs əvvəl Rusiya xüsusi xidmət orqanlarında çalışıb.
azadlıq.info


