Bakıda restoranın qarşısında qanlı olay: iki qardaş bıçaqlandı

Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib 

Bakıda bıçaqlanma hadisəsi baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində “Sərin Məkan” restoranının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ehtiram Haşımov aralarında yaranan münaqişə zəminində 1988-ci il təvəllüdlü Seyidcəlal Nazim oğlu Revnixanovu və qardaşı Zeynalı bıçaqlayıb.

Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E.Haşımov tutulub.