Cəbhəçi gənc 1 aylıq həbsdən çıxdı

AXCP Gənclər Komitəsinin üzvü, bir aylıq həbs cəzasına məhkum edilmiş Ruslan Nəsirli sentyabrın 4-də azadlığa çıxıb. Saat 16:00-da buraxılmalı olsa da, qəsdən onu saat yarım gec azad ediblər.
Ruslan Nəsirli bildirib ki, o, əvvəlki kimi mübarizə əzmindədir və bu qondarma həbs onu doğru bildiyi yoldan çəkindirə bilməz.
Ruslan Nəsirli cəbhə bölgəsində əsgərlərimizin şəhid olmasına etiraz olaraq “Ali Baş Komandan Xalqa cavab ver!” adlı event yaradaraq avqustun 3-də saat 13-də Fəvvarələr Meydanında etiraz aksiyasınin təşkil olunmasını təklif etmişdi. Gənc fəal inzibati xətalar məcəlləsinin 296 və 310-cu maddələri ilə (kiçik xuliqanlıq və polisə müqavimət) təqsirli bilinərək, Yasamal rayon məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilmişdi.

Bəyim