“Eldəniz Quliyev Azərbaycanın əqidəli, prinsipial, ardıcıl haqsızlığa qarşı həmişə öz sözünü deyən, ortaya mövqe qoyan tanınmış ziyalılarından biridir. Yazı- pozu adamı olan Eldəniz bəy yaradıcılıq işlərindən macal tapan kimi özünəməxsusluğu ilə seçilən köşə yazıları ilə də ara-sıra mətbuatda çıxış edir. Barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına səbəb olan yazı da məhz belə köşə yazılarından biridir”. Bu sözləri istiqlalçı deputat , tanınmış ictimai-siyasi xadim İbrahim İbrahimli Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilməsinə münasibət bildirərkən deyib.
İstiqlalçı deputat İbrahim İbrahimli bildirdi ki, Eldəniz Quliyev barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına təşəbbüs göstərilməsi son dövrlərdə vüsət alan repressiv siyasətin, xüsusilə də Milli Şuraya qarşı aparılan təzyiq və təqib kampaniyasının tərkib hissəsidir: “Eldəniz bəy son illərdə baş verən bütün ictimai-siyasi proseslərdə aktiv şəkildə iştirak edib və öz sözünü deyib. Elə bir ictimai proses, elə bir siyasi hadisə olmayıb ki, Eldəniz bəy həmin prosesə, həmin hadisəyə prinsipial yanaşmasın. Eldəniz bəy öz fikri, öz mövqeyi, öz yanaşması olan, yaradıcı mühitdə sayılıb-seçilən sözün həqiqi mənasında əsl ziyalıdır. Cəmiyyətdə ictimai rəyi formalaşdıran rəy liderlərindən biridir. Ona görə də Azərbaycan cəmiyyətini onun yaradıcı elitasını-danışan ziyalılarını susdurmaq istiqamətində aparılan kompaniyada hakimiyyətin nəzər-diqqəti bu dəfə Eldəniz bəyin üzərində cəmləşib. Daxili işlər nazirinin şəxsən özünün Eldəniz bəy barəsində xüsusi ittiham qaydasında cinayət işinə başlanmasına təşəbbüs göstərməsi onu göstərir ki, Eldəniz bəyin ziyalı kimi ictimai-siyasi fəaliyyəti hakimiyyəti çox narahat edir. Nəzərə almaq lazımdı ki, Eldəniz bəyə qarşı aparılan bu kompaniya yalnız onun şəxsiyyətinə və ictimai mıvqeyinə görə deyil, həm də siyasi fəaliyyətinə görədir. Onun Mlli Surada təmsil təmsil olunması və bu quruma fəaliyyət göstərməsi üçün öz ofisində ona imkan yratması bu kompaniyanın başlıca səbəblərindən biridi. Bildiyiniz kimi bu ilin mart ayına qədər Milli Şura AXCP-nin icarəyə götürdüyü ofisdən istifadə edirdi. Həmin ofisi əvvəl partladıb sonra sökdülər və Milli Şura Leyla xanımın rəhbərlik etdiyi Sülh və Demokratiya Institutunun ofisində fəaliyyətini davam etdirdi. Leyla xanımın həpsindən sonra isə Milli Şura Eldəniz bəyin rəhbəri olduğu Ziyalılar Birliyinin ofisində fəaliyyət göstərməyə başlayıb.
İbrahim ibrahimli bildirib ki, Eldəniz Quliyevin xüsusi ittiham qaydasında məhkəməyə verilməsinin hüquqi əsası yoxdur: “Azərbaycan cəmiyyətində heç kimin şübhəsi yoxdur ki, polisin fəaliyyətində neqativ hallar var. Eldəniz bəy də haqlı olaraq bu neqativ halları tənqid edib. Bu heç bir halda daxili işlər nazirinə əsas vermir ki, şərəf ləyaqətin təhqir olunması ilə məhkəməyə müraciət etsin. Şərəf və ləyaqət yalnız fərdlərə aid olan məfhumdur. Yalnız ayrı-ayrı vətəndaşlar şərəf və ləyaqətin müdafiəsilə bağlı məhkəməyə müraciət edə bilər. Bütövlükdə polisin, nazirliyin, komitələrin şərəf və ləyaqəti olmur. Ona görə də bu məsələnin heç bir hüquqi əsası yoxdur. Əgər Eldəniz Quliyev Ramil Usubovun adını çəkib təhqiramiz ifadə işlətsəydi, o zaman məhkəməyə vermək olardı. Lakin Eldəniz bəy daxili işlər naziri barədə hər hansı təhqiramiz ifadə işlətməyib


