AXCP-nin dağıdılan qərargahı ilə bağlı ekspertiza keçiriləcək

AXCP-nin partladılan, ertəsi gün də dağıdılan qərargahının sahibi Azər Əsgərova məhv edilmiş mülkünə görə ödənilməli olan kompensasiyadan hələ də xəbər yoxdur. Bu barədə “Azadlıq”a Azər Əsgərov özü bildirib: “Hələlik heç bir xəbər yoxdur. Nə deyəcəklər, nə edəcəklər, bilmirəm”.

Azər Əsgərov onu da qeyd edib ki, sentyabrın 11-də ekspertiza keçiriləcək: “Sentyabrın 2-də 2 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsində oldum. Dedilər ki, ayın 11-də ekspertizadan gələcəklər. Hadisə yerinə baxacaqlar, əşyaları qiymətləndirəcəklər. Onlara dedim ki, məgər əşya qalıb, onu qiymətləndirsinlər? Qərargah da sökülüb. Bütün bunları necə müəyyənləşdirib qiymətləndirəcəklər? Sentyabrın 11-ni gözləyirəm, görüm nə olur”.

Ramin