Almaniya NATO-nun işini ləngidir

NATO-nun Şərqi Avropadan olan üzvləri Putindən gələn təhlükəni hiss etdiyi halda Almaniya ona qarşı sərt mövqedə dayanmağa mane olur. Sammitdə qurum Rusiyaya qarşı sərt mövqe nümayiş etdirmək istəyir. Lakin üzvləri arasında fikir ayrılığı var. Bu barədə Almaniyanın Die Welt saytı yazır.

Saytın yazdığına görə, Almaniya Polşa və Baltikyanı ölkələrlə alyansın üzərinə götürdüyü öhdəliklərlə bağlı mübahisə edir.  Mübahisənin əsas predmeti 1997-ci ildə qəbul edilən NATO-Rusiya aktıdır. Almaniya aktı pozmaq istəmir. Berlin Ukraynadakı vəziyyətin ağırlaşmasını istəmir. Lakin Putin razılaşmanı pozmaqdadır. 

Polşa Almaniyanın mövqeyinə qarşı çıxır. Bu ölkənin müdafiənaziri hesab edir ki, heç bir akt NATO-nun Şərqi Avropada fəaliyyətini məhdudlaşdıra bilməz. 

azadlıq.info