Ukrayna Rusiya ilə sərhəddə metal sədd çəkir

Rəsmi Kiyev Rusiya ilə sərhəddə xüsisi tikinti işlərinə başlayıb

 

Ukrayna hökuməti Rusiya ilə sərhəddə xüsisi tikinti işlərinə başlayıb.  Bu haqda baş nazir Arseniy Yatsenyuk kabinetin iclasında bildirib.

“Biz “Divar” layihəsinin reallaşdırılmasına başlayırıq. Bu, Ukrayna ilə Rusiya Federasiyası arasında real dövlət sərhəddinin tikintisindən gedir”, – deyə Yatsenyuk bildirib.

Bir müddət əvvəl Ukrayna oliqarxı, Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyski belə bir təşəbbüslə çıxış edərək sərhəd qurğularının mühəndis planlarını Ukrayna prezident administrasiyasına təqdim edərək, tikinti ilə bağlı xərclərin də öz üzərinə götürməyə hazır olduğunu bəyan etmişdi.

Söhbət 2 min kilometrlik sərhəd zolağında quraşdırılacaq metal səddlərdən gedir. Hündürlüyü 2 metr olan bu metal barmaqlıqların üstündə tikanlı məftillər quraşdırılması və ora elektrik cərəyanının verilməsi nəzərdə tutulur. (azadlıq raadiosu)