Putin Poroşenko ilə nə danışdığını açıqladı

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezident Petr Poroşenko ilə telefonla nə barədə danışdığını açıqlayıb. Putinin sözlərinə görə, söhbət zamanı Ukraynadakı situasiyanın nizamlanmasına dair plan müzakirə edilib və bu planın 7 bəndddən ibarət olduğunu dəqiqləşdirilib. 

Birinci bənd «Donetsk və Luqansk istiqamətində silahlı dəstələrin hücum əməliyyatının dayandırması»nı, ikinci bənd «atəşkəs şərtlərinə riayət olunmasına beynəlxalq nəzarətin həyata keçirilməsini» nəzərdə tutur. 

Putin həmçinin Ukraynanın şərqində aviasiyadan istifadə edilməməsinin tərəfdarı kimi çıxış etdiyini deyir. O həmçinin Kiyevi Donbasa humanitar yardımın çatrıdılması üçün dəhliz açmağa çağırıb. 

Putinin sözlərinə görə, zərərçəkmiş regionlara təmir briqadalarının göndərilməsinin mümkünlüyü daha bir bənd kimi qeyd olunub. 

azadlıq.info