Ukrayna Rusiyanın aqressiyası ilə qarşılaşıb. Bunu Estoniyada səfərdə olan ABŞ prezidenti Barak Obama deyib. Rusiyanı sərt ittiham edən Obama bildirib ki, Ukrayna ərazisinə soxulan rus əsgərləri Kremlin təqdim etməyə çalışdığı kimi humanitar missiya yerinə yetirmirlər. Onlar Rusiya tanklarında, rus silahlarından istifadə edən hərbi dəstələrdir. ABŞ prezidenti qeyd edib ki, Rusiya silah və qoşu göndərməyə son qoymayana qədər problemin nizamlanması mümkün deyil.
azadlıq.info


