Leyla Yunusu “kars” təhlükəsi gözləyir

Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus bildirib ki, ona qarşı təxribat hazırlanır və sabah onu “karsa” (cərimə kamerası) sala bilərlər.

“Turan”ın bu barədə yaydığı məlumatda bildirilir ki, təcridxananın nəzarətçisi Nəzakət Məmmədova, eləcə də Leyla Yunusla eyni kamerada saxlanılan residivist Nuriyə Hüseynova ona psixoloji təzyiq göstərir. Baş verənlərlə əlaqədar hüquq müdafiəçisi təcridxana rəhbərliyilə görüşmək istəsə də, cəhdləri heç bir nəticə vermir.

Bundan başqa, diabet xəstəsi olan Leyla Yunusa lazımi tibbi xidmət də göstərilmir.

Xatırladaq ki, ölkədəki siyasi məhbusların siyahısını hazırlayan Leyla Yunus iyulun 30-da həbs olunub. Bundan bir neçə gün sonra – avqustun 5-də onun həyat yoldaşı Arif Yunus da həbs edilib. Onlara qarşı dövlətə xəyanət, vergidən yayınma, dələduzluq kimi ittihamlar irəli sürülüb.