Kadırov İŞİD-i hədələdi

Çeçen lideri Putini Qafqazda  müharibə ilə hədələyən yaraqlıları məhv edəcəyini deyib
 
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov İŞİD-in Qafqazı hücum hədələrinə cavab verib. O,  İŞİD-in hədələrini "uşaq təhdidi" adlandırıb və onları məhv ediləcəyini bildirib. "Bu axmaqların İslamla heç bir əlaqələri yoxdur. Onlar öz cavablarını alacaqlar". 
 
Xatırladaq ki, ötən gün “İslam Dövləti” (İŞİD) terror qruplaşması Rusiyanı Qafqazda müharibənin başlayacağı ilə hədələyib. Qruplaşma üzvləri sosial şəbəkədə Suriya Hərbi Hava Qüvvələrinin keçmiş bazasında çəkilmiş video-çarxı yayımlayıb. 
 
azadliq.info