DİN-dən Hüseyn Abdullayev açıqlaması

“Hüseyn Abdullayev axtarışdadır və axtarılır” 

Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov sabiq millət vəkili Hüseyn Abdullayevin İnterpol vasitəsi ilə axtarışına xitam verilməsi barədə dediklərinə münasibət bildirib. Ehsan Zahidov, Aktual.az-a bildirib ki, Hüseyn Abdullayevin dediklərinə əlavə şərh vermək istəmir: “Lakin, konkret olaraq, demək istəyirəm ki, Hüseyn Abdullayev axtarışdadır və axtarılır”.

Xatırladaq ki, Hüseyn Abdullayev “Azadlıq” qəzetinə müraciətində qeyd edib ki, Azərbaycan hökumətinin onu İnterpol vasitəsi ilə axtarışa verməsi faktı ilə razılaşmayaraq, uzunmüddətli yazışmalar  aparıb:

“Nəzərinizə çatdırıram ki, vəkillərimin, uzun müddətdir apardıqları qarışılıqlı yazışmaların nəticəsində, mərkəzi Fransanın Lion şəhərində olan Beynəlxalq Polis təşkilatı- İnterpol avqust ayından mənim haqqımda axtarışı öz rəsmi veb- səhifəsindən çıxarmışdır”.