Gürcüstan Rusiyanı ittiham edən qətnamə qəbul edib

Gürcüstan parlamenti yekdilliklə Rusiyanın Ukraynaya qarşı aqressiyasını ittiham edən qətnamə qəbul edib. 81 nəfər qətnamənin lehinə səs verərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. 

Qətnamədə qeyd olunur ki, Rusiya separatçıları silahlandırmaqla və digər dəstək verməklə yanaşı suveren dövlətə qarşı hərbi təcavüz həyata keçirir.

Sənədə əsasən, əsas narahatçılıq Ukraynada dinc əhali arasında itkilərin artması ilə bağlıdır. Qətnamədə qeyd olunur ki, Rusiya 2008-ci ildə Gürcüstanda olduğu kimi Ukraynada da beynəlxalq normaları pozur. 

azadlıq.info