Donbasda döyüşən rusiyalı “könüllü” nə qədər pul aldığını açıqladı

Ukraynada vuruşan rusiyalı «könüllü» muzdlu əsgərlərin necə cəlb edildiyini və onlara Donbasda hansı formadan ödənişin edildiyyini açıqlayıb. «Novaya qazeta»nın müxbirləri hərbi əməliyyatlarda iştirak edən belə döyüşçülərdən birindən müsahibə alıb. Bir neçə hərbi əməliyyatdan iştirak edən bu şəxsin sözlərinə görə, Ukraynada vuruşmaq üçün adamlar bir neçə yolla cəlb olunur. Bəzilərini hərbi komissarlıqlar axtarır, döyüş təcrübəsi olanları veteran təşkilatları vasitəsilə tapırlar. Bəziləri isə təsadüfən toplama məntəqəsinə gəlir. Bu adamlar əsasən pulla cəlb edirlər. «Bizdə ayda 60 min rubl ödənilir. Komandirlər 80-90 min alır. Həmçinin yaranmaya görə kompensasiya nəzərdə tutulur – yüngül yaralanma – 120 min, orta – 180 min, ağır – 360 min rubl. Ölənlərin ailələrinə də kompensasiya verilir – 360 min və üstəlik dəfn xərci. Ancaq yalnız döyüşdüyü dəstəyə geri qayıdanlara yaralandığına görə kompensasiya ödənilir. Muzdululara xəbərdarlıq edilir ki, separatçı səhra komandirlərinin dəstələrinə qoşulsalar, onlara qarş cinayət işi açıla bilər. 
 
azadlıq.info