“Beslan Anaları” Rusiya hökumətini məhkəməyə verib

2004-cü ildə Beslanda öldürülən 186 şagirdin valideynlərini birləşdirən “Beslan Anaları” QHT-si  Rusiya hökumətini Avropa insan haqları məhkəməsinə verib. Məhkəmə dinləməsi oktyabrın 4-də başlanacaq.

“Beslan Anaları” bildirir ki, hökumət rəsmiləri məktəbə hücuma qərar verməsəydi, bunun əvəzində danışıqlara getsəydi,  girovlar ölməzdi.

İslamçılar o vaxt 1110 nəfərti girov götürmüşdü. Xüsusi təyinatlı dəstənin hücumu nəticəsində 334 girov öldü.

Rusiya rəsmiləri  bildirir ki, hücum 3 gün danışıq gedəndən sonra, məktəbdə partlayış olanda başlanıb. Hərbçilərin başqa yolu yox idi.