AB-nin yeni prezidenti Donald Tusk oldu

Ketrin Eştonu Frederik Moqerini əvəz edəcək

Avropa Birliyi Şurasının yeni prezidenti Polşanın xarici işlər naziri Donald Tusk seçilib. Bu barədə AB-nin hazırkı prezidenti Herman Van Rompey keçirdiyi mətbuat konfransında bildirib. Qurumun xrici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa komissiyasının vitse-prezidenti postuna isə İtaliyanın xarici işlər naziri Frederik Moqerini seçilib.

2 il yarım müddətində Avropa Birliyinin prezidenti olacaq Donald Tusk vəzifəsinin icrasına dekabrıın 1-də başlyacaq. Moqerini isə noyabrın 1-dən yeni vəzifəsini icra edəcək. Eyni gündə yeni Avropa Komissiyası fəaliyyətinə başlayacaq. 

azadlıq.info