Ruslar Donetskdə böyük itki verdi

Donetsk ətrafındakı Snejniy yaşayış məntəqəsində Ukraynaya qarşı döyüşlərdə 100-dən artıq rus əsgəri öldürülüb. Bu barədə Reuters döyüşdə iştirak edənlərə və həlak olanların qohumlarına istinadən bildirib   Rusiya prezidenti yanında İnsan Hüquqları Şurasının yetkililəri Ella Polyakova və Sergey Krivenko bildiriblər ki, 300 nəfərdən artıq Rusiya əsgəri “Qrad” atəşi nəticəsində yaralanıb.