Neftin qiyməti ucuzlaşmaqda davam edəcək
Rusiyanın neft sektoruna qarşı sanksiyalar bu ölkəni uçuruma aparacaq
Neftin qiymətinin kəskin düşməsinin arxasında nə dayanır? Enerji resurslarının bundan sonra da ucuzlaşması ehtimalı nə qədərdir? Ekspertlər etiraf edir ki, neftin qiymətinin düşməsini izah etmək mümkün deyil. Məsələn, son ay ərzində qiymət 8 faiz azalıb. Baxmayaraq ki, son bir ildə ucuzlaşma 6 faiz, iki ildə 4 faiz, beş ildə isə 9 faiz ucuzlaşıb.
Başqa sözlə, son beş ildə neftin bir barrelinin qiyməti dalğavari dəyişir. Neftin qiymətinin 93 dollara qədər ucuzlaşmasının arxasında yeni neqativ tendensiyanın əlamətlərini görmək mümkündürmü?
ABŞ-ın HWA maliyyə firmasının direktoru Rusiyanın neft sənayesinin gələcəyinin ürəkaçan olmadığını deyir.
Onun sözlərinə görə, ucuzlaşma uzunmüddətli və qısamüddətli olur. Qısamüddətli ucuzlaşma ötən il Liviyadan neft tədarükü bərpa olandan sonra baş verdi. Digər tərəfdən, fyuçer bazarında qiymətlərin ucuzlaşması neftin qiymətinin artmasına neqativ təsir göstərir. Uzunmüddətli səbəb: bazara təklif edilən neft artıb. Bu il OPEK-dən kənarda neft istehsalçısı olan ölkələr günə ötən ilkindən milyon yarım barrel artıq neft hasil edir. Buna tələbat var. Neftin əsas istehlakçısı yenə də ABŞ-dı. ABŞ-da isə neft idxalı azalır, çünki öz ərazisində şist neftinin hasilatı artıb, eyni zamanda Kanadada neft hasilatı artıb.
Ekspert hesab edir ki, neftin qiymətinin ucuzlaşması davam edəcək. Bu da ABŞ və digər neft-qaz idxalçısı olan ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcək.
Eyni zamanda bu il neftin qiyməti bir barrelə görə 90 dollara düşsə də, Rusiya üçün orta illik qiymət 105 dollar təşkil edəcək. Bu da pis variant deyil, ancaq uzunmüddətli perspektivdə Rusiyanın neft sektoruna qarşı sanksiyalar nəzərə alınsa, vəziyyət ürəkaçan olmayacaq.
Sitigrour-un analitiki Tim Evans isə fərqli proqnoz verir.
Ekspert maliyyə oyunçularının neftə olan marağının azaldığını deyir. Qiymətlərin ucuzlaşması investorların neftə olan marağının azalmasına səbəb olub. Son vaxtlar neft fyuçerləri bazarından vəsaitlərin əhəmiyyətli dərəcədə çıxması müşahidə olunur. Investorlar neftin alınması ilə bağlı 450 min müqavilə satıb. Bu da 450 mln barrel neft ekvivalentindədir. Bütün bunlar hər gün 9,5 mln barrelin təklif olunduğu bazarda özünü göstərir.
Ekspertin sözlərinə görə, müxtəlif böhran situasiyalarına, həyəcanlı beynəlxalq tendensiyaya baxmayaraq böyük oyunçuların neft alışından imtina etməsi sirr olaraq qalır. Çünki neftin qiymətinin bir qədər yüksək olduğu son iki ayda situasiya dəyişməyib.
Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə neytral ümumi tendensiyada qiymətlərin bir qədər dəyişəcəyi müşahidə olunacaq. Neftin qiyməti ucuzlaşdıqca əlində böyük vəsait olan investorlar bir qədər şirniklənəcək. Qiymətlərin ucuzlaşması davam etsə, OREK üzvü olan ölkələrdən qiymətlərin stabilləşdirilməsi istiqamətində addımların atılmasını da gözləmək olar.
azadlıq.info