Türkiyə superkubokunun oyunu keçirilib. Həlledici görüşdə son Türkiyə çempionu “Fənərbaxça” və ölkə kubokunun sahibi “Qalatasaray” komandaları üz-üzə gəlib.
Manisada keçiriləcək oyunun əsas vaxtında qapılara qol vurulmayıb – 0:0. Əlavə vaxtda da hesab açılmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan “Fənərbaxça”lı futbolçular superkuboka sahib çıxıblar – 3:2.
Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və “Qalatasaray” Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı.
Penaltini dəqiq vuranlar: Olcan Adin (“Qalatasaray”), Dirk Kuyt (“Fənərbaxça”), Raul Meyreleş (“Fənərbaxça”), Burak Yılmaz (“Qalatasaray”), Kadleç (“Fənərbaxça”)
Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan (“Qalatasaray”), Caner Erkin (“Fənərbaxça”), Felipe Melo (“Qalatasaray”), Mehmet Topuz (“Fənərbaxça”), Yekta Kurtuluş (“Qalatasaray”) (qol.az)