Ukrayna prezidentinin böyük oğlu Aleksey Poroşenko ölkənin Cənub-Şəqrində terrorçulara qarşı əməliyyatlarda iştirak edir. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Vinnitski vilayət şurasının 29 yaşlı deputatı evdə 3 aylıq oğlunu və həyat yoldaşını qoyaraq, gizli şəkildə döyüşməyə gedib. Alekseyə çağırış vərəqəsi 4 həftə əvvəl gəlib.
Məlumata görə, Aleksey Poroşenko Müdafiə Nazirliyinin terror əleyhinə əməliyyatlar keçirilən dəstəsində xidmət edir. Onun başqa adla döyüşdüyü də istisna edilmir.
Məlumatı terror əleyhinə əməliyyatlar mərkəzinin qrup rəhbəri Yuri Tandit da təsdiqləyib. Onun sözlərinə görə, Aleksey Poroşenko özünü ciddi aparır.
Pyotr Poroşenko özü isə heç yerdə oğlunun orduda xidmət etməsi barədə danışmayıb.