Orduda silahlı insident

Ordumuzun əsgəri tabeliyində olan avtomatla özünü güllələyib

Azərbaycan Ordusunda silahlı insident olub. 

Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Əsgərin vəziyyəti kafi qiymətləndirilir.