160 nəfər terrorçu artıq həbs edilib
Əlcəzairin təhlükəsizlik qüvvələri ölkə ərazisində İŞİD-in yolladığı 160 nəfər emissar-terrorçusunu yaxalayıb. Bu 160 nəfərin hamısı Suriyadan qaçqın olaraq Əlcəzairə daxil olub və ölkənin müxtəlif bölgələrinə yayılaraq bu bölgələrdə ekstremist qüvvələrə məxsus olan düşərgələrdə terror təlimləri keçməli imiş. Lazımi hərbi təlimlərdən sonra onlar daha kiçik qruplarla Avropanın müxtəlif ölkələrinə daraşmalı və bu ölkələrdə terror aksiyaları törətməli imişlər. Tutulan qrup üzvlərindən xəritələr, GPS-lər, eyni mobil telefonlar, 100 min dollardan artıq pul və qiymətli informasiyalar əldə edilib. Bu barədə xəbəri Əlcazairin Ən Nəhar qəzeti yayıb.
azadliq.info