Papa Francis iki Koreyanı «bir ailə, bir xalq» kimi birləşməyə çağırıb. Cənubi Koreyaya beş günlük səfərini yekunlaşdıran Papa avqustun 18-də deyib: «Bağışlamaq barışmağa aparan qapıdır». Papa Seulda Koreya daxili sülh və barışıq üçün keçirilən dini ayində danışıb.
Ayinlə eyni vaxtda illik Cənubi Koreya-ABŞ hərbi təlimi də başlayıb. Pxenyan hədələyib ki, təlimlər davam etsə, «amansızcasına… qabaqlayıcı hücuma başlayacaq». Şimali və Cənubi Koreya 1950-53-cü il müharibəsindən sonra sülh sazişi imzalamalıdırlar. (azadliq.org)