Cəmiyyətdə faşizm nə vaxt baş qaldırır?
Ur-faşizmin gözündə şəxsiyyətin heç bir hüququ yoxdur
Bu gün “faşizm” anlayışı həm dövlət təbliğatında, həm də xalq arasında arzuedilməz şəxsləri damğalamaq üçün vasitəyə çevrilib. Ukraynada baş verən böhranda bu xüsusilə aydın görsənir. Hər iki tərəf bu sözdən istifadə edir və rəqibə endirdiyi zərbəyə bəraət qazandırmaq istəyir. Bununla belə sadəcə tarixə nəzər salaraq əsl faşizmin əsas əlamətlərini görmək olar.
Məşhur italiyalı yazıçı Umberto Eko hələ 1995-ci ildə faşizmin 14 əlamətini tərtib, ABŞ-ın Kolumbiya universitetində keçirilən simpoziumda faşizmin sxemini təqdim edib. Bir müddət sonra tələbələr qarşısında etdiyi bu məruzə “Eternal Fascism” adı altında dərc edildi.
Umberto Eko “əbədi faşizmin” (ur-faşizm) 14 səciyyəvi xaraketristikasını tərtib edib. Əgər cəmiyyətdə bu əlamətlərin 6-7-si müşahidə edilirsə, bu, cəmiyyətdə faşizmin baş qaldırması yaxınlaşır.
1.Ur-faşizmin ilk əlaməti ənənələrə pərəstişdir. Ənənəçilik faşizmindən qədimdir. O, Fransa inqilabından sonra əks-inqilab katolik düşüncədə dominant rolunu oynayır. Ənənəçilik olan yerdə elmin inkişafına yer yoxdur. Istənilən faşist mədəniyyətində öndə gedənlərə baxmaq kifayətdir: onlar yalnız ənənəçilərdən ibarətdir. Aman faşizmi də ənəviçilikdən və mistik təsvvürlərdən qaynaqlanırdı.
2.Ənənəviçilik qaçılmaz olaraq modernizmin inkar edilməsinə aparır. Italyan faşistlər kimi alman faşistləri də texnikanı sevirdilər, eyni zamanda ənənəviçilik tərəfdarıı kimi texnikanı pisləyir, onda ənənəvi mənəvi dəyərlərin inkarını görürdülər. Mahiyyətcə, nasizm sənayeləşmənin yalnız zahiri aspektindən zövq alır. Müasir dünyanın inkarı müasir kapitalizmin inkarı işarəsi altında həyata keçirilirdi. Rasionallıq əsrin müasir pozğunluğu kimi görünür. Ona görə də ur-faşzim irrasionallıq kimi tərif edilə bilər.
3.Irrasionallıq hərəkət naminə hərəkət ayini ilə sıx bağlıdır. Mədəniyyətə şübhə ilə yanaşılır, buna tənqidi yanaşmanın potensial daşıyıcısı kimi baxılır. Intellektual dünyaya şübhə ilə yanaşma ur-faşizmin mövcudluğuna işarə edir. Rəsmi faşizm mütəfəkkirləri müasir mədəniyyəti və liberal ziyalıları əbədi dəyərlərdən uzaqlaşmaqda günahlandırırdılar.
4.Sinkretizmin heç bir forması tənqidə dözümlü deyil. Müasir mədəniyyətdə elmi ictimaiyyət elmin inkişafının əsası kimi narazılığa hörmətlə yanaşır. Ur-faşistlərin gözündə isə narazılıq satqınlıqdır.
5.Narazılıq – bu həm də fərqlilik əlamətidir. Faşistlərin ilk şüarları fərqli düşünənlərə qarşı yönəlib. Beləliklə, ur-faşzim irqçiliklə də əlaqəlidir.
6.Ur-faşizm fərdi, yaxud sosial frustrasiyadan doğur. Ona görə də bütün tarixi faşizmlər hər hansı siyasi, yaxud iqtisadi böhrandan zərər çəkmiş frustrasiyalı orta sinifə arxalanıb. Keçmiş proletarların kiçik burjuaziyaya çevrildiyi hazırkı dövrdə faşizm yeni çoxluqda özünə əla auditoriya tapır.
7.Sosial baxımdan ulursuzluğa düçar olanlara ur-faşizm deyir ki, onların imtiyazlarının yeganə təminatı müəyyən ölkədə doğulmasıdır. Beləcə millətçilik yaranır. Milləti birləşdirə biləcək yeganə şey isə düşmənlərdir. Ona görə də ur-faşizmin əsasında əsasən də beynəlxalq qəsd mübtəlalığı psixologiyası dayanır. Insanlar özlərini mühasirəyə alınmış vəziyyətdə hiss etməlidir. Auditoriyanın diqqətini qəsdə yönəltməyin ən yaxşı vasitəsi ksenofobiyadan istifadə etməkdir. Ancaq daxili qəsd ideyası da işə yarayır. Bunun üçün ən uğurlu variant yəhudilərdir.
8.Faşistlər düşmənlərin var-dövlətini nümayiş etdirməsini özünə təhqir kimi qəbul etməlidir. Eyni zamanda onlar hər bir düşmənin öhdəsindən gələ biləcəklərinə də əmindirlər. Ancaq faşistlər həmişə uduzmağa məhkumdurlar. Çünki rəqibin döyüş qabiliyyətini obyektiv qiymətləndirmək imkanında deyillər.
9.Ur-faşizm üçün həyat uğrunda mübarizə yoxdur, onlar mübarizə üçün yaşayır. Pasifizm qəbul olunmur, çünki həyat daimi mübarizədir. Eyni zamanda dəhşətli məhkəmə kompleksləri də mövcuddur. Faşistlər əmindir ki, düşmən var və o məhv ediləcək. Deməli, son döyüş olacaq və nəticədə bu hərəkat dünya üzərində nəzarəti ələ alacaq. Ancaq hələ heç bir faşist lideri bu məsələni istədiyi kimi həll edə bilməyib.
10.Ur-faşizm populist elitarizmi təbliğ edir. Sıravi vətəndaşlar dünyanın ən yaxşı xalqı hesab edilir. Partiya ən yaxşı sıravi vətəndaşlardan təşkil edilir. Sıravi vətəndaş partiya üzvü olmağa məcburdur. Ancaq zadəgan olan yerdə pleybey də olmalıdır. Belə cəmiyyətlərlə rəhbər ondan yuxarıda dayananlarla yanaşı aşağıda olanlara da nifrət edir. Bununla da kütləvi elitarizm möhkəmləndirilir.
11.Hər kəsin qəhrəman olmaq üçün tərbiyə edirlər. Qəhrəmanlıq bilavasitə ölümlə bağlıdır. Normal adamlara deyirlər ki, ölüm kədərlidir, lakin onu ləyaqətlə qarşılamaq lazımdır. Ur-faşizmin qəhrəmanı acgözlüklə ölümü gözləyir. Çünki bu, qəhrəmanlıqlarına görə ən yaxşı mükafatdır.
12.Qəhrəmanlıq kimi davamlı müharibələr də çətin oyundur. Ur-faşizm hakimiyyətə can atmasını bəzən qadın-kişi münasibətlərinə daşıyır. Mərdlik sitayişi buna əsaslanıb.
13.Ur-faşizm keyfiyyətli populizm əsasında qurulur. Demokratiya şəraitində vətəndaşlar şəxsiyyət olaraq hüquqlarından istifadə edirlər. Ur-faşizmin gözündə şəxsiyyətin heç bir hüququ yoxdur. Xalq isə ümumi iradəni əks etdirən monolit varlıq kimi təqdim olunur. Bu halda xalq yalnız teatral fenomen kimi qalır.
14.Ur-faşizm Oruellin “1984″ romanında icad etdiyi yeni dildə danışır. Nasist və faşist dərsilikləri zəif leksikası və primitiv sintaksislə fərqlənir. Məktəbliləri maksimum şəkildə mürəkkəb düşüncə alətlərindən məhrum etməyə çalışırlar.
azadlıq.info