Obama tətilə çıxdı

Prezident ailəsi tətili Massaçusets ştatında Martas-Vinyard adasında keçirir.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ailəsi ilə birgə yay tətilinə çıxıb. 

ANS PRESS-in məlumatına görə, prezident ailəsi tətili Massaçusets ştatında Martas-Vinyard adasında keçirir. 

Ötən gün Obama xanımı Mişel Obama və qızı Maliya ilə velosiped turuna çıxıb. Obamanın tətildən nə vaxt qayıdacağı isə açıqlanmır.