Nobel Qadın Təşəbbüsü Leyla Yunusa azadlıq tələb etdi

Nobel Qadın Təşəbbüsü (Nobel Women’s Initiative) beynəlxalq təşkilatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Leyla Yunusu və onun əri Arif Yunusu azad etməyə çağırır.

Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir. Bəyanatda aha sonra qeyd olunur:

“Leyla Yunus Bakıda Sülh və Demokratiya İnstitutunun yaradıcı və rəhbəri, Nobel Qadın Təşəbbüsünün dostudur. O və həyat yoldaşı artıq iki həftədən çoxdur həbs olunub.

Leyla Yunusun səhhəti həbsdə kəskin pisləşib. Prokurorluq onun dərmanlarla bağlı müraciətinə baxmağı yubadır, onu müalicə müəssisəsinə köçürməkdən imtina edir.

Nobel Qadın Təşəbbüsü Azərbaycan hakimiyyətini Leyla Yunusa və onun ərinə yubanmadan zəruri tibbi yarım təşkil etməyə çağırır. Azərbaycan hakimiyyəti onların təhlükəsizliyi və sağlamlıqlarına görə birbaşa məsuliyyət daşıyır.

Bu həbslər hazırda Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına qarşı olan təzyiqlərin və dünyada qadın hüquq müdafiəçilərinə qarşı artan təqiblərin tərkib hissəsidir.

BMT Baş Assambleyası ötən il bütün dövlətləri Leyla Yunus kimi qadın hüquq müdafiəçilərini qorumağa və dəstəkləməyə çağıran mühüm qətnamə qəbul edib. Azərbaycan hakimiyyəti BMT-nin mülki və siyasi haqlar paktına imza atmış dövlət kimi özünün öhdəliklərini yerinə yetirməli və hüquq müdafiəçilərinə qarşı təhdid kampaniyasını dayandırmalıdır. Biz Azərbaycan hökumətini Leyla və Arif Yunusları dərhal azad etməyə çağırırıq”.
azadliq.info