Kolumbiya sakini FİFA-dan bir milyard tələb edir

Kolumbiyalı vəkil Aurelio Ximenes FİFA-dan məhkəmə yolu ilə bir milyard avro məbləğində kompensasiya almaq niyyətindədir. 

O, öz iddiasını Braziliyada keçirilən dünya çempionatında hakimlərin keyfiyyətsiz işi nəticəsində ona mənəvi ziyan vurulması ilə izah edir.

74 yaşlı hüquqşünas bildirir ki, o, futbol üzrə 2014-cü il dünya çempionatının yarımfinal mərhələsində Braziliya-Kolumbiya (2:1) matçında hakim Karlos Vilasko Karbalyonun səhvləri ucbatından xəstəxanaya düşüb.

Goal.com saytı Ximenesin bu sözlərini sitat gətirir: “Mən özümü çox pis hiss edirdim. Kədər məni öldürürdü. Ürəyimin ritmi pozuldu və qohumlarım məni təcili yardım bölməsinə apardılar. Nəvələrim başıma toplaşaraq hey ağlayırdılar. Mən FİFA-nı məhkəməyə verməyi qərara aldım. Çünki dünya çempionatında hakimlərin yol verdiyi çoxsaylı səhvlər bir sıra ölkələrə, o cümlədən Kolumbiyaya da ziyan vurub”.

Həmin matçdan sonra mütəxəssislərin çoxu Karbalyonun başçılıq etdiyi ispaniyalı hakimlər briqadasının işini kəskin tənqid edib.

Ximenes öz iddia ərizəsinə Braziliya ilə Kolumbiya arasında oyunun videoyazısını təhlil etmiş Pelenin, Diyeqo Maradonanın, beynəlxalq kateqoriyalı ekspert və arbitrlərin rəylərini də əlavə edir.

Vəkil vəd edir ki, onun iddiası təmin ediləcəyi halda alacağı pulları xeyriyyə tədbirlərinə sərf edəcəkdir. (Azertac)