“Türkiyənin yeni müxalifətə ehtiyacı var”

Türkiyənin yeni müxalifətə ehtiyacı var. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yaradılmasının 13-cü ildönümünə həsr edilmiş konfransda çıxış edərkən deyib.

Baş nazirin sözlərinə görə, köhnə müxalifət artıq Türkiyə üçün aktuallığını itirib: “Türkiyədə hakim partiya ilə rəqabət aparmaq qabiliyyətinə malik yeni müxalifətin yaranması qaçılmazdır”.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyədə keçirilmiş prezident seçkiləri müxalifət və onun namizədinin zəifliyinin bariz nümunəsi oldu.