AFFA “Bakı”dan ayrılan futbolçularla bağlı məsələyə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, acınacaqlı durumda olduğundan futbolçularına maaş ödəməkdə çətinlik çəkən paytaxt təmsilçisini tərk edənlərin taleyi ilə bağlı assosiasiyanın Oyunçuların Statusu və Transferi Komitəsi qərar verib.
Qurumun rəsmi internet saytı komitənin “Bakı”nın bəzi futbolçularına azad agent statusu verilməsi və bunun təfərrüatını açıqlayıb. Burada kompensasiya məsələsi və AFFA-nın klubu göstərdiyi kömək də öz əksini tapıb.