“Rusiya oğrudur, Krımı qaytarmalıdır”

Krım tatarlarının əfsanəvi lideri Mustafa Cəmilov “Espreso TV”-nin efirində ABŞ prezidenti Barak Obamanın Krımın taleyi ilə bağlı fikirlərini açıqlayıb.

Minval.az-da yayılmış xəbərə görə, Mustafa Cəmilov deyib: “Söhbətimiz zamanı Barak Obama mənə dedi ki, ABŞ Krımın geri qaytaralmasına çalışacaq. O, daha sonra Varşavada mənə dedi ki, Rusiya oğrudur, Krım Ukraynaya qaytarılmalıdır”.

Mustafa Cəmilov onu da bildirib ki, NATO-nun mənzil-qərargahında onu əmin ediblər ki, sanksiyalar Rusiyaya çox güclü təsir göstərir: “Dedilər ki, bu sanksiyalar 1979-cu ildə Rusiyanın Əfqanıstana soxulması zamanı tətbiq edilən sanksiyalardan daha güclüdür. Mən dedim ki, yəqin ki, o vaxta qədər yaşamaram. Dedilər, yox, o qədər də uzun çəkməyəcək”.

Tatarların lideri deyib ki, tatarlar vətənə ona görə qayıtmayıblar ki, orada Qara dəniz var, onlar tarixi vətənlərinə qayıdıblar. Ona görə də buraya yad adamlar, əsgərlər gələndə onlar çox şeylərini qurban verməyə hazırdırlar.

Onu da qeyd edək ki, Obama və Cəmilov bir neçə ay öncə Varşavada keçirilən sammitdə keçiriblər. Bu görüşdə ən yaddaqalan detal o olub ki, Mustafa Cəmilov özü dünya liderlərindən heç kəsə yaxınlaşmayıb. Liderlər, o cümlədən Barak Obama yerindən qalxaraq Mustafa Cəmilova yaxınlaşıb və onunla söhbətləşib.