“NATO Türkiyəyə dəstək verəcək”

Rasmussen: «Biz bu terrorçu qrupun fəaliyyətindən olduqca narahatıq»

Əgər “Islam Dövləti” (keçmiş “Iraq və Şam Islam Dövləti”) terrorçuları Türkiyəni təhdid edərsə, NATO bu ölkənin müdafiəsi üçün bütün zəruri addımlar atmağa hazırdır.

BBC-nin verdiyi xəbərə görə, bunu NATO-nun Baş katibi Anders Foq Rasmussen bəyan edib. “Biz bu terrorçu qrupun fəaliyyətindən olduqca narahatıq. ÿHesab edirik ki, onların hücumunu dayandırmaq üçün hər bir vasitədən istifadə olunmalıdır” “ deyə Rasmussen bildirib. (APA)