DEVAMM sədri siyasi məhbuslar siyahısını imzaladı

Hacı İlqar İbrahimoğlu sənədə təşkilatının adından imza atıb

“Azərbaycanda siyasi məhbusların vahid siyahısı” adlanan yeni siyahı hazırlandığı və ijtimaiyyətə təqdim olunduğu barədə məlumat vermişdik. Bu sənəd tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun ekspertlər, hüquqçular, vəkillər, hüquq müdafiəçiləri və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun iştirakı ilə hazırladığı birgə siyasi məhbuslar siyahısından ibarətdir, eyni zamanda sənədə imza atan QHT təmsilçilərinin, hüquqşünasların və vəkillərin vahid mövqeyini əks etdirən sənəddir. Siyahıda 98 siyasi və vijdan məhbusunun adı və onların işləri üzrə məlumatlar əks olunub.

Sənədi siyasi işlərə çıxan vəkil, hüquqşünaslar və hüquq müdafiəçiliyi ilə məşğul olan QHT təmsilçisi olan 28 nəfər imzalayıb.

İşçi Qrupundan verilən xəbərə görə, Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu təşkilatının adından siyasi məhbuslar siyahısını imzalayıb.