Ukraynada öldürülən azərbaycanlı biznesmenin meyidi Bakıya gətirildi

Meyidin Telman Cəfərova aid olduğuna əmin olunduqdan sonra Bakıda dəfn edilib

Ukraynanın Luqansk vilayətində separatçılar tərəfindən öldürülən Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, tanınmış iş adamı Telman Cəfərovun meyiti tapılıb. 

ANS PRESS-in “rg.ru” saytına istinadən verdiyi məlumata görə, Telman Sədi opğlu Cəfərovun meyidi Azərbaycana təhvil verilib.

Meyidin üzərində yanma izləri olub. O, öldürüldükdən sonra avtomobili qarışıq yandırılıbmış.

T.Cəfərovun qardaşı oğlu Rahat Cəfərov isə APA-ya açıqlamasında bildirib ki, tanınmaz hala düşən meyit Bakıda ekspertizaya verilib və onun T.Cəfərov olduğuna tam əmin olunduqdan sonra Bakıda dəfn edilib.

Qeyd edək ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb. Hadisə axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.