İsa Qəmbərin müşaviri Müsavatdan getdi

Müsavat başqanın müşaviri Hüseyn Məlik partiyadakı fəaliyyəitni dayandırdığını bəyan edib. O “Facebook” səhifəsində bunları qeyd edib:
“2003-ildən indiyə qədər Müsavat Partiyasının üzvü olduğumdan qürur hissi duyduğumu, bu andan etibarən partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünün qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram”.
Lent.az-ın yaydığı məlumata görə isə Müsavat başqanı İsa Qəmbər müşaviri Hüseyn Məliki vəzifəsindən uzaqlaşdırıb. Sayt bu barədə partiyadakı mənbələrə istinadla bildirib. Deyilənə görə, Hüseyn Məlik partiya rəhbərliyinə qarşı müntəzəm kampaniya apardığına görə vəzifəsindən azad edilib.