“Mən özüm ona-buna sponsorluq edirəm”

“Bakı” klubunun prezidenti, son vaxtlar maliyyə sıxıntısı yaşayan Hafiz Məmmədov komanda üzvlərini qəbul edib. Xəbərə görə, futbolçular, məşqçi heyəti və klub rəsmiləri ilə görüşən “Hafka” ləqəbli iş adamı hər şeyin yaxşı olacağını, komandanın premyer-liqada çıxışını davam etdirəcəyini bildirib.

Toplantıdan sonra isə Hafiz Məmmədov stadium.az saytına özəl açıqlama verib: “Heç “Bakı”sız da çempionat olar? “Bakı” çempionatın bəzəyidir. Hər şey qaydasındadır, bütün problemlər həll olunub. Bunlar məndən asılı olan səbəblərə görə yaranmamışdı, amma hamısı həll olunub. Komanda premyer-liqada qalacaq və çıxışına davam edəcək. Artıq bütün problemlər geridə qalıb. Bəzi adamlar da bilsin ki, “Bakı”nın pulu var. Mən özüm ona-buna sponsorluq edirəm, amma kimlərsə “Bakı”ya sponsor axtarır. Bu, gülməli vəziyyətdir”.