“Laçın” kilinikası yanır

Bakıda klinika yanır. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Laçın” klinikasında güclü yanğın başlayıb. Alovun söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib.

Bildirilir ki, klinikadakı yanğın elektrik qovşağında başlayıb. Ətraflı məlumat veriləcək.