Məhbus facebook fəalına anası ilə görüş verilmir

Vicdan məhbusu, “facebook” fəalı, Bakı İstintaq Təcridxanasında saxlanılan Əbdül Əbilov bir necə gün əvvəl təcridxanaının rəhbərliyə ailəsi ilə açıq görüş tələb etsə də, rəhbərlik buna razılıq verməyib.

Bu barədə vicdan məhbusunun anası məlumat yayıb. O, qeyd edib ki, oğlu ilə onun həbs olunduğu 22 noybar 2013-cü il tarixindən indiyə qədər hələ üz-üzə oturub danışa bilməyib.

“Görüşümüz ancaq şüşə arxasından olur. Bu gün görüşə gedəndə elə bildik ki, Əbdüllə maneəsiz görüşə bilərik. Amma təəssüflər olsun ki, bunu belə çox bildilər bizə”, – deyə Əbilovun anası bildirib.